Ədalət Partiyası Ermənistanın baş naziri Paşinyanın separatizmi təbliğ edən açıqlaması və işğal olunmuş ərazilərdə terrorçuların yerləşdirilməsi ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir:
“Ədalət partiyası bəyan edir ki, ölkə iqtidarının Dağlıq Qarabağ probleminin həllində nümayiş etdirdiyi qeyri-müəyyənlik, sonu görünməyən sülh danışıqlarına ümid etməsi, problemi həll etmək gücü olmayan ATƏT-in Minsk Qrupuna güvənməsi işğalçı Ermənistan rəhbərliyinin daha da azğınlaşmasına və onun heç bir qanuna və əxlaqa sığmayan bəyanatlar verməsinə səbəb olur. Belə ki, Ermənistanın baş naziri Paşinyan bu günlərdə Moskvada keçirdiyi görüşlərdə açıq şəkildə bəyan edib ki, “Dağlıq Qarabağ respublikası gələcəkdə erməni ərazilərinin tamhüquqlu tərkib hissəsi olmalıdır. Mənim təsəvvürümdə Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir”. Ermənistan baş nazirinin bu açıqlaması göstərir ki, Ermənistan de-fakto nəzarətində olan Azərbaycan ərazilərini de-yure də özününküləşdirmək hədəfinə doğru irəliləməkdədir. Belə bir fikrin səsləndirilməsi həm də onu göstərir ki, işğalçı tərəf Azərbaycan iqtidarı tərəfindən ciddi müqavimətlə üzləşmir və sülh danışıqları ilə vaxt qazanaraq beynəlxalq ictimai fikri də öz məqsədlərinə kökləməyə çalışır.
Buna paralel olaraq Ermənistan işğal etdiyi əraziləri tam gücü ilə istismar edir, region və beynəlxalq aləm üçün təhdid sayılan hərəkətlərə yol verir. Bunu Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın müxtəlif ölkələrdən terrorçular yerləşdirdiyi, hətta terror qruplarının təlim düşərgələrinin yaradıldığı barədə informasiyalar, açıqlamalar da təsdiq edir. Bu günlərdə Türkiyənin Atatürk Universitetinin tarixçi alimi Savaş Eyilmez Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində - Laçın və Kəlbəcərdə PKK düşərgələri qurduğunu bildirib. Professorun sözlərinə görə, Laçın və Kəlbəcərdə PKK düşərgələrinin olması “tam dəqiqdir”.
Bütün bunlara baxmayaraq, Azərbaycan iqtidarının Dağlıq Qarabağ probleminin həllində sönük bəyanatlar verməkdən o yana gedə bilməməsi təəssüf doğurur.
Ədalət partiyası dünyada terrorizmə, separatizmə qarşı böyük mübarizənin və müqavimətin getdiyi bir zamanda hakimiyyəti bu tarixi fürsətdən bəhrələnməyə və işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində real və ictimai fikrə əsaslanan konkret addımlar atmağa çağırır”.


Şərhlər
"Yazıqlar" na ğayırsınlar, çut şto..... Bunlar da məcburdur nöyütün qrantını açsın o tərəfə.
Ədaləт parтiуasına və liderinə bəуanaтa gorə eşq olsun. Olkədə siуasi məramı fərqlənməуən, уalnız depuтaт həvəsli 50dən çox parтiуa var. Heç birinin də nəinki, Baş Nazir N.V.Paşinin Qarabag "himaуə"sinə, eləcə də AŞPAdakı işgalçı depuтaтlarına, Ermənisтan vasiтəsilə Qarabagın silahlanmasına heç bir bəуanaтı verilməуib. Debaтda Namizədlər İŞGALÇIУA DEMARŞ noтu qəbul eтdilər! Çox güman ki, həmin ULТİMAТUMUN rəsmən ünvanlara тəqdim edilməməsi xarici aləmdə iqтidarın İŞGALLA razılıgı kimi qəbul edilib???
Bu igtidarin bir megsedi olub,olkeni soyub talamag,vessalam...
Dağlıq Qarabağın xilası dünyanın diqqətini əsas işğalçı Rusiyanın üzərinə yetirməkdən keçir.Biz rus dilli və rus sevdalısı Elmnar Məmmədyarovla bu işin öhdəsindən gələ bilməyəcəyik.Ölkədə vəzifəli şəxslərin əksəriyyətinin anası və ya arvadı ermənidir.Biz güclü erməni diasporunun-Azərbaycandakı erməni qohumlarının məngənəsindəyik.Ölkədə güclü milli beyin mərkəzinə ehtiyac var.Biz casus şəbəkəsini vəzifələrdən və antiazərbaycan fəaliyyətdən uzaqlaşdırmalıyıq.
RUSİYAYA İNANAN ONDAN NƏ İSƏ YAXŞI GÖZLƏYƏN KİMLİYİNDƏN ASILI OLMAYARAQ SADƏLÖV DÜŞÜNÜR.... BÜTÜN DÜNYA BU ŞƏR ÖLKƏDƏN QAÇIB CANINI QURTARMAQ İSTƏYİR. BİZDƏ İSƏ VAXTINDA VƏZİYYƏTDƏN İSTİFADƏ EDİB BU ŞƏR ÖLKƏSİNİN ÖLÜM GƏTİRƏN ORDUSUNU TORPAĞIMIZDAN ÇIXARDILAR VƏ BU ŞƏR ÖLKƏDƏN AĞIR İTKİLƏR VERİLSƏ DƏ XEYLİ UZAQLAŞDILAR. İNDİ İSƏ TARİXİ SƏHV BURAXMAQ VƏTƏNƏ XALQA BAĞIŞLANILMAZ VƏ ALÇALDICI XƏYANƏTDİR.