Menu

Milli Arxiv İdarəsinin kollegiyasının yeni tərkibi təsdiq olunub

12.09.2018, 09:45
Milli Arxiv İdarəsinin kollegiyasının yeni tərkibi təsdiq olunub

Milli Arxiv İdarəsinin kollegiyasının tərkibi haqqında qərara dəyişiklik edilib.

Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədovun imzalayıb.

Dəyişikliyə əsasən, Milli Arxiv İdarəsinin kollegiya üzvlərinin sayı 7 nəfərdən ibarət müəyyən edilib və aşağıdakı tərkibdə təsdiq olunub:

Kollegiyanın sədri

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisinin müavini

Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin təşkilat-metodika və beynəlxalq əlaqələr şöbəsinin müdiri

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin komplektləşdirmə, idarə arxivləri və kargüzarlıq şöbəsinin müdiri

Azərbaycan Respublikası Dövlət Arxivinin direktoru

Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivinin direktoru

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol