Menu

Saxara səhrası bəşəriyyətə lazım olandan 4 dəfə artıq enerji verə bilər

12.09.2018, 10:41
Saxara səhrası bəşəriyyətə lazım olandan 4 dəfə artıq enerji verə bilər

Saxaranın sahəsi təxminən, 9 milyon kvadrat kilometr təşkil edir. Müxtəlif mənbələrin qiymətləndirməsi prinsipial olaraq, fərqlənmir. Əgər bu sahəni günəş batareyaları və külək generatorları ilə «örtsən», o zaman onların toplam enerji istehsalı bəşəriyyətin bugünkü elektrik enerjisi istehlakını 4 dəfə üstələyər.

Bundan başqa, alternativ energetika güman ki, səhranın iqliminə də təsir göstərər. Günəş batareyaları - əgər gerçəkdən də onların sayı çox olarsa - ərazini kölgə altına alar və onun temperaturunu aşağı salar.

Bu futuroloji fantastika deyil - «Science»-də dərc olunmuş ciddi məqalədir.

Müəlliflər qeyd edirlər ki, adətən belə sistemlərin modelləşdirilməsi zamanı onlarda güclü əks rabitənin mövcudluğu nəzərdən qaçır, amma əslində bu əlaqə var.

Günəş batareyasının altında ot boy verir - deməli, bu sahə əvvəlkindən artıq günəş enerjisi əks etdirir. Bu amilləri nəzərə alsaq, belə çıxır ki, Saxara uzaq keçmişlərdə olduğu kimi, gerçəkdən «yaşıl don» geyinə bilər.

Bunun hələlik aydın olmayan kompleks tərəfləri də var. Məsələn, bu həcmlərdə enerjinin necə transformasiya olunması, gündüzlər istehsal olunmuş enerjinin artığının gecələr istifadə edilməsi üçün harada saxlanması məsələsi hələlik aydın deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol