«AzPoliika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Finlandiya və ABŞ hərbi-hava qüvvələri (HHQ) hava təlimlərinə start verib. «Yle» nəşrinin məlumatına görə, məşqlərin başlıca məqsədi havada yanacaq doldurulması şəraitində pilotların ustalığının yüksəldilməsindən ibarətdir.
Qeyd olunur ki, təlimlərdə Kareliya, Laplandiya və Satakunta briqadalarından olan 8-dən 14-ə qədər çoxtəyinatlı qırıcılar və ABŞ-ın Britaniyada yerləşmiş yanacaqdaşıyan təyyarəsi iştirak edir.
Təlimlər Rovanimei, Kayani və Kuusamo ərazilərində keçirilir. Hərbçilər havada «Xornet» qırıcıların yanacaq doldurma əməliyyatlarını məşq edirlər.


Şərhlər