«AzPolitika.info»-nun Ukrayna KİV-nə istinadla verdiyi xəbərə görə, Ukrayna silahlı qüvvələri (USQ) Baş qərargahı Azov dənizi istiqamətində Rusiya təcavüzü ilə əlaqədar olaraq, quru qoşunlarını gücləndirir. Bu barədə, USQ quru qoşunlarının komandanı Sergey Popko məlumat verib.
«Rusiya Federasiyasının Azov dənizində aqressiv fəaliyyətinə cavab olaraq, Azov istiqamətində USQ Baş qərargahının qərarı ilə SQ qruplaşması, o cümlədən, quru qoşunları gücləndirilib» - deyə, o, öz «Feysbuk» səhifəsində yazıb.
Popko izah edib ki, bu tədbirlər bölgədəki vəziyyətə nəzarətin tam təmin olunmasına, həm də «gəmi qruplaşmaları»na dəstək verməyə və dəniz sahillərinin etibarlı müdafiəsini təmin etməyə» yönəldilib.


Şərhlər