Menu

«Rusiya keçmiş sovet respublikalarında sabitiyi pozur» - Merkel

15.09.2018, 11:47
«Rusiya keçmiş sovet respublikalarında sabitiyi pozur»  - Merkel

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Almaniya Federativ Respublikasının (AFR) kansleri Angela Merkel bəyan edib ki, Rusiya keçmiş sovet respublikalarında sabitiyi pozmaqla məşğuldur. O, Litvaya səfər edib və bundesverin bu ölkədə yerləşdirilmiş hərbi qulluqçuları qarşısında çıxış edib.

Merkelin fikrincə, demək olar, Avropa İttifaqının və NATO-nun tərkibinə daxil olmayan bütün keçmiş sovet respublikaları Rusiyanın törətdiyi daxili münaqişələrlə üzləşirlər. Onlar özlərinin ərazi bütövlüyünün bərpası ilə məşğuldurlar. Nümunə üçün Merkel Gürcüstandakı, Ukraynadakı, Ermənistandakı, Moldovadakı və Azərbaycandakı vəziyyəti önə çəkib.

Kansler əlavə edib ki, bundesverin Baltik ölkələrində yerləşdirilmiş bölmələri NATO missiyası çərçivəsində, Rusiyanın apardığı hibrid müharibənin qarşısını almaq üçün vacibdir. Belə müharibəyə kansler kiberhücumları aid edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol