Menu

Prezident Abşeronda yol tikintisinə 1,8 milyon manat ayırıb

17.09.2018, 18:21
Prezident Abşeronda yol tikintisinə 1,8 milyon manat ayırıb

Prezident İlham Əliyev sentyabrın 17-də “Abşeron rayonunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi (16 km)-Masazır-Novxanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

"Report" xəbər verir ki, yetmiş beş min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi (16 km)-Masazır-Novxanı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol