Menu

Kuçma: Tramp Ukraynadan üzr istəməlidir

17.09.2018, 21:23
Kuçma: Tramp Ukraynadan üzr istəməlidir

ABŞ lideri Donald Tramp Kiyevdən üzr istəməlidir. Trend-in məlumatına görə, bunu Ukraynanın sabiq Prezidenti Leonid Kuçma bəyan edib. L.Kuçma "Yalta Avropa strategiyası" konfransında bildirib ki, ölkəsini Budapeşt memorandumunu imzalamaqla aldatdılar:

"Ukraynanı aldatdılar. Halbuki Şimali Koreya nüvə silahı olmadan heç nədir. Bu məsələdə Trampa nə məsləhət görmək olar? Əsas odur ki, gəlib desin: "Üzr istəyirəm, mən hazırda nəinki Ukrayna, ümumilikdə isə Avropa və dünya üçün qorxulu olan bu problemin həllində Kiyevə daha fəal kömək etməyə hazıram".

Qeyd edək ki, 1994-cü il dekabrın 5-də Ukrayna, Rusiya, ABŞ və Britaniya liderləri tərəfindən imzalanmış Budapeşt memorandumu faktiki olaraq Kiyevi nüvə silahından məhrum etdi

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol