Menu

Depardye indi də Türkiyə vətəndaşlığı «ovu»nda! - Onun Əlcəzair pasportu da var

18.09.2018, 00:14
Depardye indi də Türkiyə vətəndaşlığı «ovu»nda!  - Onun Əlcəzair pasportu da var

«AzPolitika.info» Türkiyə KİV-nə istinadla xəbər verir ki, 69 yaşlı fransız aktyor Jerar Depardye Türkiyə pasportu almağı planlaşdırır. Bu barədə «Aydınlıq» qəzeti yazıb.

KİV-in məlumatına görə, oktyabr ayında Depardye Türkiyəyə səfər edəcək və Türkiyə vətəndaşlığı almaq məsələsini bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə edəcək.

Hazırda Depardye KXDR-Fransa dostluq Assosiasiyası ilə birlikdə Pxenyanda səfərdədir.

Xatırladaq ki, 2013-cü ilin yanvarında Depardye Rusiya vətəndaşlığı alıb. «Hürriyət» qəzetinin yazdığına görə, Depardyenin Əlcəzair pasportu da var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol