«AzPolitika.info»-nun Rusiya KİV-тə istinadla verdiyi xəbərə görə, Rusiya və Atom enerjisi üzrə beynəlxalq Agentlik (MAQATE) bazar ertəsi Qazaxıstana yüngül zənginləşdirilmiş uran (YZU) və MAQATE-nin Ust-Kamenoqorskdəki YZU bankının işləməsi üçün lazım olan avadanlığın daşınması barədə implementar saziş imzalayıblar.
Sənədi Rusiya tərəfdən «Texsnabeksport» SC-nin logistika üzrə direktor müavini Oleq Kozin və MAQATE-nin YZU bankının yaradılması üzrə layihəsinin rəhbəri Mark Basset imzalayıb. İmzalama mərasimi Vyanada MAQATE-nin Baş konfransının gedişində keçirilib
YZU - atom elektrik stansiyaları (AES) üçün yanacaq hazırlığında istifadə olunan xammal-materialdır. MAQATE-nin ÜZU bankı - müxtəlif ölkələrə nüvə yanacağı göndərilməsi üçün mövcud mexanizmlərin pozulduğu hallarda həmin ölkələrə nüvə yanacağının zəmanətli göndərilməsini təmin edən mexanizmlərindən biridir. O, bir növ, «toxunulmaz ehtiyat»-dır və yalnız dünya nüvə bazarında böhranın yaranacağı hallarda lazım olacaq.
Bankın binası 2018-ci ilin avqustunda istifadəyə verilib - o, Ust-Kamenoqorskdəki Ulbinsk metallurgiya zavodunun ərazisində yerləşir.
Bundan əvvəl imzalanmış sənədlərə əsasən satın alınma, çatdırılma və YZU-nın Qazaxıstanda saxlanması xərclərini və idxal-ixrac prosesləri ilə əlaqəli xərcləri MAQATE ödəyəcək.


Şərhlər