Milli Şuranın 12 oktyabr mitinqindən sonra baş verənlər açıq təxribat idi. Belə ki, mitinq başa çatandan az sonra meydanın çıxışında bir qrup mülki geyimli şəxs - çox guman ki polis, gənclərə hücum edərək onları vurmağa, təhqir etməyə başladıqdan sonra gərginlik başlayıb. Bundan sonra polislərə metrostansıyanın girişinə doğru hərəkət etmək göstərişi verilib. Bu əmri alan polislər və mülki geyimlilər isə göstərilən istiqamətə doğru hərəkət edən zaman aksiyaçıları vurmağa, təhqir etməyə başlayıblar. Metrostansiyanın girişində yaranmış təbii sıxlığı isə sanki qanunsuz aksiyaymış kimi dağıtmağa başlayıblar. Bundan sonra 1 saata yaxın davam edən gərginlik olub.
Müşahidələrə görə, bu təxribat əvvəlcədən planlaşdırılıb və məqsəd insanların gözünü qorxutmaq olub. Milli Şuranın etiraz mitinqi, gözlənildiyindən çox-çox uğurlu oldu. Adətən Azərbaycanda seçki saxtakarlıqlarından sonra belə kütləvi mitinqlərə az-az rast gəlinir. Çox böyük ehtimalla, razılaşdırılmış mitinqdə təxribat törədən hakimiyyət növbəti mitinqlərə icazə verməmək, ya da şəhərdən kənarda icazə vermək üçün bəhanələr yaradırdı. Təəsüf ki, aksiyaçılar, gənclər bu təxribata müəyyən qədər uydular.
Mitinqdən sonrakı gərginliyin səbəbkarının mülki geyimlilər və bəzi polis qrupları olduğunu aşağıda təqdim etdiyimiz videodan da açıq görəcəksiniz.


Şərhlər