"Elşad Mirinin "İslamda yoxdur!" kitabının məhkəmə qərarı ilə qadağan edilməsi Azərbaycan Respublikası Konstitusiyasına ziddir və dövlətin cəhalətin, xurafatın qarşısında geri çəkilməsi kimi anlaşıla bilər".
"AzPolitika.info"nun məlumatına görə, bunları millət vəkili Fazil Mustafa ilahiyyatçı Elşad Mirinin sözügedən kitabının Azərbaycanda yayımının qadağan edilməsi haqda özünün "Facebook" statusunda yazıb. F.Mustafa daha sonra əlavə edib:
"Bəli, İslamda siğə yoxdur, İslamda seyidlik yoxdur, İslamda özünə fiziki əzab vermə mərasimləri yoxdur, indiyədək yaşatdığımız bir çox axmaq, səfeh adətlərin heç biri İslamda yoxdur. Bunu yazanda nə olacaq? Beş-on nəfər qaraguruhçu qalxıb deyəcək ki, "bəs indiyədək yaşamışıq, qoyun olduğu kimi dinimizi İslam adı ilə yaşayaq. Yoxsa dövlətdən inciyərik..." Bir azdan Cəlil Məmmədquluzadənin "Ölülər"i də, Seyyid Əzimin, Sabirin şeirləri də bu cür qərarlarla dərsliklərdən çıxarılacaq ki, bəs onlar da xalqımızın tarix boyu yaşadığı "din"i ələ salıblar. Əksinə, dövlətimiz maraqlı olmalıdır ki, İslam dininin cəhalət, xurafat, yobazlıq, qatillik formatları ortadan qalxsın, bu uydurulmuş İslam, modern dünyəvi dövlət modelimiz üçün təhlükəyə çevrilməsin. Bunun üçün isə dövlət sağlam dini maarifçiliyi ehtiva edən kitabları nəşr etməyi, televiziya proqramlarını hazırlamağı, məqalələrin yazılmasını stimullaşdırmalıdır. Bu qərar az-çox maarifçilik fəaliyyəti ilə məşğul olan yaradıcı insanlların da əl-qolunu bağlayacaq və ölkəmizdə cəhalətin, xurafatın, başqa ölkələrin dini ideologiyasının yayılmasına daha çox imkan yaradacaqdır".

Şərhlər
Eslinde düzgün dinin tebliğini hamı alqışlayır, mesele odu ki Elşad Miri bu meseleni bir az şou formasında teqdim edir, mübahise yaradıb insanların beynini qarışdırır. Yoxsa elmi formada, İslamın menbelerine esaslanaraq, nelerin dinin esası, nelelerin ise cemiyyetlerin sosial heyatında meydana gelen adet-eneneler, elece de xurafat olduğunu edaletli ve merhemetli şekilde izah etse, hamı razı olar. E. Miri dini savadı az olanları günahlandırmamalı, doğruları izah etmeli ve heç kimi incitmemelidir.
Nə qədər ki Alahşükür Paşazadə şexülislamdır,nə qədər ki İran Azərbaycan dindarlarına təəsir edir,nə qədər ki Dini komitənin başında İslam dininə yaxşı bələd olmayanlar əyləşirlər elə belə olacaq.Hər şeyi YAPlaşdırmaq olar,ancaq dini yox.
Sən daha bizim canımızı boğazımıza yığmısan Fazil Mustafa.Yazacağam.Şəxsən mən, düz Həzrət Abbasın özünə yazacağam.Səni külleyi-küf,yerleyi-yeksan etdirəcəyəm.Dayan,dayan,dayan!Yazacam ki,ağa bu bizdə din qoymadı tez elə özünü yetir.Fazil Mustafa gerisini ağam biləcək sən biləcəksən.Ta orasına biz qarışmayacağıq.CƏMAƏT,durmadan Həzrət Abbas ərizəsi yazın.Şəhərdə yaşayanlar küləklə,rayonda yaşayanlar çayla,kənddə yaşayanlar arxla yollasın.Yoxsa bu kafir özü ilə birgə bizim hamımızı cəhənnəmə sakin edəcəkdir!
BƏYƏNİRƏM COX SAĞ OLUN FAZİL BƏY.XALQIMIZIN ƏN BÖYÜK DÜŞMƏNİ CƏHALƏT,SAVADSIZLIQDIR.DAVAM EDİN,İNSANLARIMIZI AYILDIN.AXI DÜNYADAKI BU GÜN OLAN İNKİŞAFIN SƏBƏBKARI İSLAM DİNİDİR.AVROPALILAR İSPANİYADA İSLAM UNVERSİTETLƏRİNDƏ TƏHSİL ALIB ELMİN DALINCA GETDİLƏR,BİZ CƏHALƏTİ TƏBLİĞ EDİRİK.DİNİMİZ MƏNƏVİYYATIMIZDIR,ORADA UYDURM EHKAMLARA YER OLMAMALIDIR.
Nə danışırsan!? Mollaqulular imkan verər Azərbaycanda cəhalət yox olsun??? Xatirinizdədirsə bir ara yas yerlərində iyrəncliyi,israfciliqi aradan qaldirmaq üçün cəhdlər edildi.Mollalardan biri az qalırdı televizorda özünə qəsd eləsin.Elə bir şüvən saldılar ki,o söhbət qurtardı.Dünyada ikinci belə bir toplum yoxdur ki,matəmdən həzz ala,o matəm dediyi günləri səbirsizliklə gözləyə!!! Elşad Miri,Fazil Mustafa bunlara qandırmaq istəyir ki,ay adam,müsəlmanın kitabını oxu,orda nə yazılıb ona əməl et.Yooox,nə danışırsan!!!Bunlar şarlatanların uydurduğu rəvayətləri özlərinə yaşam tərzi seçiblər,Quran bunlara lazım deyil!!!
Mən Fazil məllimi və Elşad məllimi alqışlayıram.Hər iki cəsarətli vətəndaşımıza minnətdarlıq edirəm.Ki,İslam adı altında Ölkəni ``işğal eləmiş`` cəfəng ,bayağı idyalogiyaya qarşı doğru,düzgün münasibət bildirirlər.Qaraguruha qarşı getmədikcə,dələduzların fəailiyyəti..seyid taleh fason maşenniklərin qazancına xidmət edən əzadarlıq adlı cəfəngiyat bütün dəyərləri əzib,məhv eliyir.Sadəlöhv mömin insanlar vəhşicəsinə istismar olunurlar.Fazil və Elşad kimi Ziyalılarımıza hər birimiz dayaq olmalıyıq.