"Mən bu xəbəri kədərlə, acı çəkə-çəkə qəbul etdim. Bu, mənim üçün çox böyük itkidir".Bunu virtualaz.org-a oğlu Etimad İsmayılovun qətli haqda informasiyanı şərh edərkən sabiq baş prokuror İlyas İsmayılov deyib.
İ.İsmayılov qeyd edib ki, oğlunun həyat yoldaşı, jurnalist Sevil Nuriyeva ona zəng vurub və deyib ki, qatil Gözəl Dəmirovun onun oğluna böyük miqdarda borcu olub.
"Görünür, o, borcunu belə ödəyib", - İ.İsmayılov deyib.
Oğlunun Gözəl Dəmirovla ümumi biznesinin olub-olmadığı ilə bağlı suala cavabında İlyas İsmayılov bildirib ki, Etimad onu öz işlərinə qatmayıb: “Əks halda mən öz oğlumu qoruya bilərdim".
Xatırladaq ki, qətl hadisəsi İstanbulun Florya rayonunda Etimad İsmayılovun ofisində baş verib. Dəmir Gözəlov ona üç dəfə atəş açıb. Başından 2 və ürəyindən 1 güllə yarası alan Etimad İsmayılov aparıldığı xəstəxanada vəfat edib.
***

Modern.az saytı İlyas İsmayılovla əlaqə saxlayıb. O, saytımıza açıqlamasında xəbərin şokundan heç nə düşünə bilmədiyini deyib:“Ata üçün oğul itkisi çox ağırdır. Etimadın itkisi hamımızın ürəyini ağrıdır. Xəbərin ağırlığından çox sarsılmışam. Axırıncı dəfə 3-4 gün bundan qabaq telefon danışığımız olub. Xüsusi şübhələndiyimiz kimsə də olmayıb. Başqa nəsə danışa bilmirəm. Sadəcə, Etimadın öldürülməsi mənə pis təsir edib. Heç nə düşünə bilmirəm”.
İlyas İsmayılov qısa olaraq qatilin oğluna borcu olduğunu bildirib:“Etimadın kiminləsə problemi olmayıb. O, iş adamı olub və həmin qatilin də ona borcu olub”.
Qeyd edək ki, azərbaycanlı iş adamı Etimad İsmayılov, İstanbuldakı ofisində silahlı hücuma məruz qalıb. Başından 2, sinəsindən 1 güllə ilə yaralanan İsmayılov xəstəxanaya çatıdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Silahlı hücumu törətdikdən sonra hadisə yerindən qaçan digər azərbaycanlı iş adamı, sabiq polis rəisi Gözəl Dəmirov artıq polis tərəfindən saxlanılıb.
Azərbaycanın tanınmış dövlət və ictimai-siyasi xadimi İlyas İsmayılov ölkənin keçmiş baş prokuroru və ilk ədliyyə naziri olub. Hüquq elmləri doktoru, professor İ.İsmayılov həm də keçmiş millət vəkilidir.


Şərhlər
ALLAHrehmet etsin.Amin.Melum meseledir alacagi olsa öldürmezdi.
ALLAH rəhmət etsin.Yaxınlarına və dəyərli İLYAS müəllimə ALLAHDAN səbir diləyirəm.AMMİN.
Dünyada bala dərdindən böyük dərd ola bilməz.Allah rəhmət eləsin,
valideyinlərinə,yaxınlarına səbr diləyirəm.
Allahdan rəhmət eləsin,yeri cənnəti məkan olsun . Yaxınlarına,əzizlərinə başsağlığı verirəm və Alahdan səbr diləyirəm.
Hörmətli İlyas müəllim. Sizin kimi millətini sevən, alicənab, ziyalı bir türk aydınına dərin hüznlə başsağlığı verirəm. Allah (T.t) rəhmət eləsin.
Bu nese borc meselesine benzemir. Allah rehmet elesin biznesmende her deyende bele hereketler olmaz. ...
Allah rəhmət eləsin.Əzizlərinə və yaxinlarina Allahdan səbir diləyirəm.
Allah qəni-qəni rəhmət eləsin qəbri nurla dolsun. Doğmalarına Allahdan səbir diləyirəm.
ALLAH RƏHMƏT ELƏSİN İLYAS MÜƏLLİM.YERİ CƏNNƏT OLSUN.ALLAH HEC BİR ATA ANAYA ÖVLAD DAĞI GÖSTTƏRMƏSİN.AMİN
Allah rehmet elesin İlyas müellim,başınız sağolsun.Alçaq adam her yerde alçaqdı
Allah rəhmət eləsin
Allah rəhmət eiəsin! İlyas müəllim Allah Sizə və yaxınlarına səbr versın!