Menu

Türkiyə yeni iqtisadi proqramı - İqtisadi artım azaldılıb, İnflyasiya artırılıb

20.09.2018, 13:24
Türkiyə yeni iqtisadi proqramı - İqtisadi artım azaldılıb, İnflyasiya artırılıb

Bir qədər əvvəl Türkiyə hökuməti ölkənin yeni iqtisadi proqramını açıqlayıb.

"Report" türk mətbuatına istinadən xəbər verir ki, proqramın detalları barədə xəzinə və maliyyə naziri Berat Albayrak məlumat verib.

Onun sözlərinə görə, 3 illik proqramda Türkiyə üzrə iqtisadi artım proqnozu azaldılıb, inflyasiya proqnozu isə artırılıb.

Belə ki, iqtisadi artım proqnozu 2018-ci il üçün 5,5%-dən 3,8%-ə, 2019-cu il üçün 5,5%-dən 2,3%-ə 2020-ci il üçün 5,5%-dən 3,5%-ə endirilib.

İnflyasiya proqnozu isə 2018-ci il üçün 7%-dən 20,8%-ə, 2019-cu il üçün 6%-dən 15,9%-ə 2020-ci il üçün isə 5%-dən 9,8%-ə yüksəldilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol