Menu

Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanı cərimələyib

20.09.2018, 16:32
Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanı cərimələyib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) “Martın 1-i işi üzrə” Ermənistanı 20 min 600 avro məbləğində cərimələyib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu məlumatı Avropa İnsan Hüquqları Məhkəməsinin saytı yayıb.

2008-ci il martın 1-də Yerevanda baş vermiş hadisələrin qurbanlarının maraqlarının hüquqi varislərinin vəkili Vaqa Qriqoryan bildirib ki, bütün qanun pozuntuları məhkəməyə təqdim edilmişdi: “Avropa İnsan Hüquqları Məhkəməsi onların hamısını qəbul edib. Hakimiyyətin bütün arqumentlərindən imtina olunub”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol