Menu

36 yaşlı Bakı sakini itkin düşüb

20.09.2018, 23:19
36 yaşlı Bakı sakini itkin düşüb

Bakıda 36 yaşlı kişi itkin düşüb. Hadisə sentyabrın 19-da Bakının Səbail rayonu, Bayıl qəsəbəsində baş verib.Bayıl qəsəbəsi, F.Qurbanov küçəsi, ev 61-də yaşayan 1945-ci il təvəllüdlü Əsədov Valeh Hidayət oğlu Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə müraciət edərək bildirib ki, sentyabrın 19-da onunla yaşayan oğlu, 1982-ci il təvəllüdlü Orxan Valeh oğlu Əsədov yaşadığı ünvandan çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsi tərəfindən araşdırmalara başlanıb. (Trend)

Şərhlər

t.ədalət 2018-09-20 23:19:52

İşsizlik və səfalət adamları didərgin salır.Allah köməyimiz olsun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol