Menu

Futbol üzrə braziliyalı ikiqat dünya çempionu Bakıya gələcək

22.09.2018, 12:30
Futbol üzrə braziliyalı ikiqat dünya çempionu Bakıya gələcək

Futbol üzrə braziliyalı 2 qat dünya çempionu Kafu Bakıya gələcək.Bu barədə “Report”a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova xəbər verib. Onun sözlərinə görə, 48 yaşlı sabiq müdafiəçi sentyabrın 26-da “Boulevard Hotel”də Xüsusi Olimpiya Hərəkatının dünya üzrə səfiri elan edilməsi ilə bağlı sənədin imzalanması mərasimində iştirak edəcək. Kafunun jurnalistlərlə görüşü də nəzərdə tutulub.

Qeyd edək ki, Kafu 1994 və 2002-ci illərdə dünya çempionu olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol