İran və Ermənistan Araz çayı üzərində SES tikir
Baxiş sayı:
Dərc olunub:
25/09/2018 - 12:40
İran və Ermənistanın energetika qurumları Araz çayı üzərində su elektrik stansiyasının (SES) tikintisi üzrə işçi qrupu yaradıb.
“Report” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın energetika infrastrukturu və təbii ehtiyatlar nazirinin müavini Qaregin Baqramyan bildirib.
Bildirilib ki, iki ölkə Araz çayı üzərində SES-in tikintisi məsələsi hələ 2006-cı ildə müzakirə edilməyə başlanıb. Bununla bağlı 2011-ci ildə memorandum imzalanıb. İran neftinə Avropa İttifaqı sanksiya tətbiq etdikdən sonra bu layihənin reallaşması dayanmışdı.
Şərhlər
Azərbaycanın işğal altındakı ərazilərində İranın ermənistanla əlbir olub SES tikməsi ərazilərimizin İran tərəfindən işğalı deməkdir.Araz çayı üzərində nəhəng bənd qurulması Azərbaycan üçün olduqca təhlükəlidir.