“Kreditlər məsələsinə həmişə dövlət büdcəsi ilə bağlı müzakirələrdə baxmışıq, yəqin ki, budəfəki büdcə müzakirələrində də bu məsələ diqqətimizdə olacaq. Ən əsas şərt vətəndaşdır, vətəndaşın hüquqları birinci növbədə qorunmalıdır”.
“AzPolitika”nın məlumatına görə, bunları YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Yeni Müsavat” qəzetinə müsahibəsində dollar kreditləri problemi ilə bağlı sualı cavablandırarkən deyib.
Deputat əlavə edib ki, bu problemin həlli üçün “ortaq nöqtə”nin tapılması vacibdir. “Mülkiyyətin formaları mövcuddur. Hər bir mülkiyyət qorunan mülkiyyətdir, şəxsi mülkiyyət də, dövlət mülkiyyəti də, özəl mülkiyyət də. O baxımdan da qəbul olunan qərarda mülkiyyət formalarının hər bir tərəfi nəzərə alınmalıdır ki, ortaq nöqtə tapılsın”.
Bunula belə, S.Novruzov hesab edir ki, dollar kreditləri probleminin həlli ilk növbədə banklardan asılıdır. Sitat: “Bilirsiniz, özəl banklar var ki, bu dövr ərzində kifayət qədər pul qazanıblar. Məsələn, dollarla depoziti 3 faizə götürürlər, amma krediti 11-12 faizə verirlər. Uzun illər ərzində bundan banklar qazanıb. Özəl banklar indi bunu dövlətin üstünə yükləməməlidir, özləri də məsuliyyətlərini dərk etməlidir və ortaya çıxmalıdırlar. İkinci tərəfdən, vətəndaşlarla bağlı fikrimi bildirim. Vətəndaş var ki, bu krediti zərurətdən götürüb. Deməli, o nəzərə alınmalıdır, bu, böyük təhlilə ehtiyac olan məsələdir. Kredit götürüb ki, iş yerləri açsın, fermer təsərrüfatı yaratsın. Biri də kefdən kredit götürüb ki, 100 minlik maşın alsın. Bununla digər vətəndaş tərəzinin eyni gözünə qoyula bilməz. O gəlib zəhmət çəkməli, həmin pulu ödəməlidir. Deyir “yağmadı yağış, bitmədi qamış”. Tutaq ki, quraqlıq olub, yaxud təsərrüfatına xəstəlik düşüb və nəticədə krediti qaytara bilmirsə, bunlar sığortalanmalı və nəzərə alınmalıdır. Bank da buna güzəştə getməlidir. Ancaq kim ki, maşınını dəyişib, daha bahalısını sürmək istəyib, bunun üçün kredit götürüb, zəhmət çəksin, gedib kreditini ödəsin! Biz təhlillər aparmışıq, Azərbaycanda kreditlərin böyük hissəsi, 50 faizindən çoxu məhz ikinci hissəyə aiddir. Əmək haqqının miqdarına, dolanışıq səviyyəsinə baxmayaraq, bəhsə girib daha yaxşı maşın almaq istəyib. Burada əhalinin bütün təbəqələrinə aid olan şəxslər var. Gedib maşın alıb, banka girov qoyub, indi də bankla üz-üzə qalıb”.
V.Nəsibov

Şərhlər
Dostlar sağ olsun ..``işsizlərə`` mənsiz də cavab verirlər.Siyasi arenada olan Dünya malı və.s kimi ``qudrət`` li boşboğazlara fikir verməyin..onlar Heç zaman Ziyalı ola bilməyəcək salğıntılardılar.
Siyavuş müəllim.mən iki xəsdə qızımın müalicəsi üçün 34%-lə yeddi min AZN Bank Respublikadan götürmüşəm.Cədvəli bankirlər göstəriş belədi deyib-tanımadığım dollarla yazdılar.bu günə kimidə on min beş yüz AZn ödəmişəm.6min dollar borclu olduğumu təhditlə söyləyirlər.Faizi hesablayın.Müəlliməm 65 yaşım var dolları haradan gətirib verim.?Bu qədər qədarlıq edib töcü yığarlar?İndi siz deyin borcluyam?-yoxsa bank mənə borcludu?Mənə və xəsdələrimə maddi-mənəvi əziyyət veriblər.
Ay GM mellim senin adındakı G neyin baş herfidir işsiz adı ile yazanı qeşindirib.Ona samballı bir cavab ver.
ölkədə yeganə tədavül vasitəsin manat olduğu, başqa valyuta ilə kredit verilməsi icazəsinin yalnız hökümətə aid olduğu, milli valyutanın kursunun yalnız dövlət tərəfindən tənzimləndiyi bir ölkədə başqa valyuta ilə verilmiş kredit böhranına görə dövlət-hökümət birmənalı şəkildə məsuldur, ən azı banklarla birgə..
Ehtiyat eləmə bu ``G`` hərifi ,sənin familiyanın baş hərifi deyil.Gənc sözünün baş hərifidir.
Maşını satırsan, banka kredit borcunun əsas hissəsini bağlayırsan.... işə avtobusla gedirsən, kreditin qalıq hissəsini əmək haqqından ödəyirsən, hissə-hissə. Camaat 2 otaqlı mənzilini manatla satıb, ev şəraitini yaxşılaşdırmaq üçün, devalvasiyadan sonra, əlindəki vəsait ancaq bir otaqlı mənzilə çatır. Belə problemlərin yanında səninki heç problem də deyil, fikir eləmə....))))))))))))))
BELI,NESE HALVA IYI GELIR,KIMINSE GULAQININ DIBINDEN.ESAS AZERBAYCAN VETENDAWIDIRSA,NIYE BIZ ACINDAN,DILENIRIK.HANI BU ANALOQU OLMAYAN INKIWAF,NIYE BUNU HISS ETMIRIK...SURUNURUK...PARTIYASININ...I.SENINDE BOW BOW G...VAR
Hələ də öyrənə bilmədim ki, bu G.M-dakı G nəyin baş hərifidir?!
Salam.
Ay hörmətli Siyavuş müəllim, mən 2500manat(3200dollar) əmək haqqı alırdım və özümə bahalı maşın aldım kreditlə, aylıq ödəniş 1560manat(2000dollar). Baş vermiş devalvasiyalardan sonra mənim əmək haqqım 2500manat oldu 1470dollar, və bu məbləğdən bankı ödəyə bilmirəm. Maşının bu günkü dəyəri, yanı maşını banka versəm belə qalıq borcu bağlamır. Devalvasiya, Gözlənilməz hal baş verib və məndə DÖVLƏTİMDƏN bizə dəstək olmasını gözləyirəm.
........“Məsələn, dollarla depoziti 3 faizə götürürlər, amma krediti 11-12 faizə verirlər. Uzun illər ərzində bundan banklar qazanıb”........ Hə, fərqində hamısını banklar qoyurlar ciblərinə.....)))) bank işçiləri – kredit şöbəsi, əməliyyat şöbəsi, dövriyyə kassası və bankın digər şöbələrinin əməkdaşları pulsuz, havayı işləyiblər, bankların mühafizəsi, texniki və proqram təminatı, beynəlxalq hesablaşmalar, sekyuriti və s., və s., üzrə xidmət xərcləri olmur, hamısı pulsuzdur, havayı....))))) manatın analoqu olmayan devalvasiyasının bir səbəbidə ölkədə formalaşan büdcə siyasətidir, hansı ki, hər il Milli məclisdə müzakirə olunur və təsdiq olunur....)))) soruşmaq olar bu vaxta qədər nə və nəyi müzakirə etmisiz ki, indi belə vəziyyət yaranıb???....)))
Anlamaığından danışan "deputatıar" siyahisi niyə bu qədər çoxalıb?
Bu bəy niyə söyləmir ki, banklar nə etməlidir?Dolları banklar yox,başqa qurum özünə sərf edən qaydada artırırsa ( Bizdə bir dəfə qalxan qiymət.dəyər bir daha enməz!),qiymətləri monopolistlər artırısa ,hökumət susursa ona təklikdə bank və ya millət nə edə bilər?İqtisadiyyat fiktiv diplom almaq,yalançı alim olmaq deyil.
“DOLLAR KREDİTLƏRİNİ BANKLAR HƏLL ETMƏLİDİR!” – bəs niyə Millətin vəkilləri, yaxud devalvasiyaya məsuliyyətli olan ölkə hökumətinin üzvləri yox???....)))) Gəlin millətin vəkillərinin banklarda olan dollar əmanətlərini köhnə məzənnə ilə hesablayaq (0,78 azn), bunun hesabına banklarda yaranacaq əlavə vəsaiti yönəldək əhalinin kredit problemlərinin həllinə, inandırıram sizi kredit problemidə həll olar, hələ artıq vəsaitdə qalar....))))))) Milli məclisdə belə təkliflə çıxış edin, baxaq görək millətin vəkillərinin reaksiyası nə cür olacaq....))))) Başqasınnın hesabına xeyirxah olmaq çox asandır.....))))))))))))))
Toxun acdan xeberi olmaz ya buna demiyiblermi...
Allah sıyavuş mallıma dəyməsin..bir sözüylə Ölkənin problemlərini həll edir.oxumuş adam ayrı şeydir.özü də hüquq elmilər doxdurudur