Menu

Ölüləri qəbiristanlıqdan kənarda basdıran şəxslər cəzalandırılacaqlar

26.09.2018, 12:34
Ölüləri qəbiristanlıqdan kənarda basdıran şəxslər cəzalandırılacaqlar

Azərbaycanda dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə cəza nəzərdə tutulub.

“Report” xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.

Məcəlləyə yeni 516-1 (Qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması) maddəsi əlavə edilib.

Maddəyə əsasən, dəfn barədə məlumatın dəfnlərin vahid reyestrində yerləşdirilməməsinə və ya vaxtında yerləşdirilməməsinə görə vəzifəli şəxslər 100 manatdan 300 manatadək məbləğdə cərimə edilirlər.

Qəbir yerlərinin rezervasiyası tələblərinin pozulması, dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə tətbiq edilir.

Şərhlər

t.ədalət 2018-09-26 12:34:16

Məsələn,deyirlər ki,Xocasən-Sulutəpə bələdiyyəsinin ərazisində qəbir yerləri 250 manatdan təklif olunur.Dəfn xidmətləri ilə birlikdə ölü sahibindən min manat alırlar.Cərimələrin məbləği,bələdiyyə yerlərinə baxanda hələ bir az ucuzdur..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol