Menu

Azərbaycan taktiki raket istehsalına başlayıb - FOTO

26.09.2018, 14:19
Azərbaycan taktiki raket istehsalına başlayıb - FOTO

Azərbaycan taktiki raket istehsalına başlayıb.

Trend-in məlumatına görə, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi eksperimental taktiki raket “ADEX 2018” 3-cü Beynəlxalq müdafiə sərgisində nümayiş olunur.

203 mm kalibrli raketin döyüş başlığının kütləsi 50 kiloqramdır.

INS GPS naviqasiya sistemi ilə təchiz olunan raketin start mühərrikinin işləmə müddəti 1,1 saniyədir. Raketin marş sisteminin işləmə müddəti isə 200 saniyədir.

Taktiki raketin uçuş məsafəsi 10-50 min metrdir. Çəkisi 250 kiloqram olan raketin uzunluğu 2,4 metrdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol