Səhiyyə Nazirliyi tərəfindən dərmanların keyfiyyətinə nəzarət gücləndirilməlidir.
Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın dərman bazarının bol çeşidli preparatlarla zənginləşməsi, ölkə vətəndaşlarının keyfiyyətli dərmanlarla təmin olunması, dərman vasitələrinin keyfiyyətinə nəzarətin gücləndirilməsi məqsədilə aidiyyəti qurumlar bir sıra yeni təkliflərlə çıxış ediblər.
Baş nazirin müavini qeyd edib ki, ölkəyə idxal olunan dərman vasitələrinin ilk olaraq qeydiyyatı və gömrük rəsmiləşdirilməsi şərtləri sadələşdirilməlidir. Baş nazirin müavini bunun üçün dünya təcrübəsinin öyrənilməsinin və tətbiqinin vacib olduğunu vurğulayıb.
Ə.Əhmədov Azərbaycanda hər növdən olan dərman vasitələrinin əlçatanlığının səhiyyəmizin inkişafına təkan verəcəyini qeyd edib: “Hesab edirəm ki, dərman bazarında əlçatanlıq təmin olunmalıdır. Digər tərəfdən, dərman preparatlarının idxalı əsasən Dünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi dərmanlara istinad edilməsi meyarlarına əsaslanmalı, bütün idxal proseduru ciddi şəkildə sadələşdirilməlidir. Bunun üçün də Dövlət Gömrük Komitəsi dünya təcrübəsinə əsaslanaraq yeni təkliflərlə çıxış etməlidir”.


Şərhlər
Bismillahir-Rəhmanir-Rəhim.
Xahiş edirəm mənim dünənçi şərhimi çap edin
Eli mellim düz deyirsiz eyer sizi eşitse,Nesimi 20 sayli poliklinika şeker xestelerinin dermanlarını vermir,hette şpristleri bele vermirler.İnanmırsız gelin oktyabırın 10-da ora görün şeker xesteleri size neleri danışacaq.Bu qeder qudurmaq,harınlamaq olmaz,tedbir görün xahiş edirik
Bismillahir-Rəhmanir-Rəhim.
Baş nazirin müavini Əli Əhmədov cənabları!Mən Sizi çox yaxşı tanayıram.Siz şəxsən, bu hakimiyyətədə olduqca müsbət rəhbər şəxsiniz.Əminəm ki,Siz istəyirsiniz ki, ölkə vətəndaşları keyfiyyətli və düzgün qiymət qoyulmuş dərmanla təmin olunsun.
Yeri gəlmişkən onu da deyim ki,bir baxın bu sirr deyil ki,Azərbaycala Türkiyədə dərmanların qiymətində nə qədər fərq var. Sözün açığı bunu araşdırmaq Hörmətli Əli müəllim üçün çətin məsələ deyil. Sual olunur niyə bizdə çox bahadır?
BU adam yeri boşuna tutub.Bura onluq deyil! Burada işlək, hərəkətli,anlayışlı adam gərəkdir.Boş danışanlar yox! Bu neçə ildə gördüyü,rəhbərliyi altında yerinə yetirilən bir nümunə göstərə bilərmi? Əsla yox!Özünə,şəxsiyyətinə hörmət edən insanları tapıb yerləşdirmək vacibdir.Bu zaman həminşəxs və ölkə nəfəs alar,inkişafdan danışmaq olar.Əli Əhmədov yalnız arxada,YAP içərisində kiməsə xoş gələn,ancaq əhəmiyyəti olmayan,eşidilməyən sözlər danışa bilən şəxsdir.Ondan nə baş nazirə,nə də ölkəyə xeyir gəlməz!