Menu

Nazirliyin 160 əməkdaşı hələ də YAP üzvü deyilmiş - Müraciət

27.09.2018, 10:48
Nazirliyin 160 əməkdaşı hələ də YAP üzvü deyilmiş - Müraciət

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 160 əməkdaşı Yeni Azərbaycan Partiyasına üzvlüklə bağlı ərizə verib”.

“Report” xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayonu, S.Əsgərova 85 ərazi ilk partiya təşkilatının iclasında təşkilatın sədri, nazirliyin Aparat rəhbəri Anar Əliyev deyib.

A.Əliyev qeyd bildirib ki, onlardan 63 nəfəri Yasamal rayon təşkilatının S.Əsgərova 85 ərazi ilk partiya təşkilatına, digərləri isə aidiyyəti işlədiyi və ya qeydiyyatda olduqları ünvanlar üzrə ərazi partiya təşkilatlarına müraciət ediblər.

YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov bildirib ki, S.Əsgərova 85 ərazi ilk partiya təşkilatının son dövrlərdəki fəaliyyətinin nəticəsində təşkilata üzv olmaq istəyənlərin sayı artıb.

İclasda üzvlük üçün müraciət edən əməkdaşlar YAP sıralarına qəbul olunub.

Şərhlər

AYZEK 2018-09-27 10:48:07

XORUZ BANLAMASA SƏHƏR AÇILMIR?

Vətəndaş 2018-09-27 10:48:07

Bu onu sübut etmirmi ki, insanları məcburi Olaraq partiyaya daxil olmağa məcbur edirlər.Bir idarədən 160 nəfərin birdən ərizə verməsi bunu demirmi? Belə süniliklə biz har gedirik?İnsan bitərəf,sakit yaşamaq istəyirsə niyə onun hüququnu məhdudlaşdırırıq?BU hansı qanunla tənzimlənir?
Bununla biz har gedirik?İnsanlar da iş,çörək dərdindən, balalarının talei xatirinə məcbur belə qanunsuzluqla razılaşır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol