Menu

"Qarabağ"la oyun Məsut Özil üçün əlamətdar olacaq

27.09.2018, 16:28
"Qarabağ"la oyun Məsut Özil üçün əlamətdar olacaq

Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ"la Bakıda keçirəcəyi oyun İngiltərənin "Arsenal" klubu üçün iki məqamla əlamətdar olacaq.

"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Arsenal"ın yarımmüdafiəçi Mesut Özil Avropa miqyaslı yarışlarda yubiley oyununa çıxacaq. Türk əsilli futbolçu meydanda olacağı təqdirdə, avrokuboklarda 100-cü matçını keçirəcək.

"Arsenal" klubu həmçinin rəsmi qarşılaşmaya görə ən uzun səfərini gerçəkləşdirəcək. London təmsilçisi Bakıya gəlmək üçün 4000 km məsafə qət edəcək.

Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - ”Arsenal” oyunu saat 20:55-də başlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol