Menu

Bakıda 9 ayda 130 nəfər yol qəzalarında ölüb

27.09.2018, 16:46
Bakıda 9 ayda 130 nəfər yol qəzalarında ölüb

2018-ci il yanvarın 1-dən sentyabrın 23-ə qədər Bakı şəhəri üzrə 392 yol qəzası qeydə alınıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Bölmə rəisinin sözlərinə görə, bu hadisələr nəticəsində 130 ölüm, 598 xəsarət qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol