Menu

Avro-2024-ə ev sahibliyi edəcək ölkə məlum oldu

27.09.2018, 17:46
Avro-2024-ə ev sahibliyi edəcək ölkə məlum oldu

2024-cü ildə futbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək ölkənin adı açıqlanıb.

Trend-in məlumatına görə, UEFA İcraiyyə Komitəsinin iclasında Almaniyanın namizədliyi qəbul edilib.

Almaniyanın 12 şəhərində təşkil olunacaq Avropa çempionatında 24 komanda iştirak edəcək.

Qeyd edək ki, Avro-2024-ə digər namizəd ölkə Türkiyə idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol