Menu

“SOCAR Trading” STAR-a həm yüngül, həm də ağır növ neft göndərəcək

27.09.2018, 20:37
“SOCAR Trading” STAR-a həm yüngül, həm də ağır növ neft göndərəcək

“SOCAR Trading” şirkəti Türkiyənin İzmir şəhəri yaxınlığındakı STAR Neft Emalı Zavoduna (NEZ) həm yüngül, həm də ağır növ neft göndərəcək. “Report” xəbər verir ki, bunu IX Azərbaycan–Rusiya Regionlararası Forumunun kuluarlarında jurnalistlərə şirkətin icraçı direktoru Ədnan Əhmədzadə bildirib.

“Bu, "Urals", "Siberian Light", başqa yüngül və ağır tərkibli neft növləri ola bilər. İki ölkənin prezidentləri - İlham Əliyev və Vladimir Putinin haqqında danışdıqları “SOCAR Trading”lə “Rosneft” arasındakı sazişə gəlincə, bu sənədin Rusiyaya məxsus 1 mln. ton "Urals" neftinin STAR-a mütləq şəkildə göndərilməsini nəzərdə tutduğunu təsdiqləyə bilərəm”, - deyə Ə.Əhmədzadə qeyd edib.

Xatırladaq ki, sentyabrın 1-də “SOCAR Trading” və “Rosneft” bu ilin dekabr ayından Rusiyadan 1 mın. ton "Urals" markalı xam neftin STAR-a tədarükə başlanması barədə saziş imzalamışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol