Menu

Skripal işi üzrə üçüncü şübhəli müəyyən edilib

28.09.2018, 08:24
Skripal işi üzrə üçüncü şübhəli müəyyən edilib

Böyük Britaniyanın xüsusi xidmət orqanları və əks-terror polis bölmələri Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsində əli olan üçüncü şübhəlnin şəxsiyyətini müəyyən ediblər.

“Report” xəbər verir ki, bu barədə "The Daily Telegraph" nəşri yazıb.

Nəşrin yazdığına görə, üçüncü şübhəli şəxs Baş Kəşfiyyat İdarəsinin əməkdaşıdır və Skripalın zəhərlənməsini planlaşdırmağa köməklik göstərmək üçün "kəşfiyyat missiyası"nı həyata keçirə bilər.

Qəzet bununla belə, Solsberi insidentinin ehtimal edilən yeni simasının adını açıqlamır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol