Menu

Silvio Berluskoni yeni klub alıb

28.09.2018, 14:44
Silvio Berluskoni yeni klub alıb

İtaliya təmsilçisi “Milan”ın sabiq prezidenti Silvio Berluskoni yeni klub alıb.

"Report" "Football Italia"ya istinadən xəbər verir ki, o, İtaliyanın C seriyasında çıxış edən “Montsa” klubunun satın alınması ilə bağlı razılıq əldə edib.

"Milan"ın sabiq vitse-prezident Adriano Qalliani “Montsa”nın icraçı direktor vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Silvio Berluskoni 1986 - 2017-ci illərdə “Milan”ın sahibi olub. Klub onunla 8 dəfə İtaliya çempionuluğunu və 5 dəfə Çempionlar Liqasını qazanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol