Menu

Aviabiletlər ucuzlaşacaq

28.09.2018, 17:50
Aviabiletlər ucuzlaşacaq

"Avropa İttifaqının (Aİ) Azərbaycanla imzalanmağı planlaşdırdığı aviasiya sazişi ölkəyə turist axınını gücləndirəcək, milyonlarla avropalının Azərbaycana gəlməsinə səbəb olacaq".

Bunu "Report"a açıqlamasında Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.

Onun sözlərinə görə, sazişin layihəsi Azərbaycna tərəfinə təqdim edilib: "Hazırda Azərbaycan sazişlə bağlı hesablama və qiymətləndirmə aparır, nəticəsini gözləyirik".

K.Yankauskas qeyd edib ki, hazırda Azərbaycanda aviabiletlər bahadır: "Bu sazişin imzalanması uçuşları ucuzlaşdıracaq. Bu isə milyonlarla avropalının həm biznes, həm istirahət üçün Azərbaycana üz tutmasına şərait yaradacaq. Saziş insanlara kömək etməklə yanaşı əlaqələrimizi genişləndirəcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol