Menu

İsrail Qəzzada BMT məktəbini vurduğunu təsdiqlədi

04.08.2014, 01:10
İsrail Qəzzada BMT məktəbini vurduğunu təsdiqlədi

İsrail ordusu Qəzzanın Rəfah şəhərində BMT məktəbinin atəşə tutulduğunu təsdiqləyib. Musavat.com xəbər verir ki, məlumatı “Frans Press” yayıb.

Hərbçilərin sözlərinə görə, atəşin hədəfi “Fələstin İclami cihad” hərəkatının BMT məktəbinin yaxınlığında olan üç üzvü imiş.

Son məlumata görə, məktəbin atəşə tutulması nəticəsində azı 10 nəfər ölüb. BMT-nin baş katibi Pan Gi Mun İsrail ordusunun bu addımını cinayət adlandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol