Menu

Erməni nazirlər cəbhədə

04.08.2014, 12:05
Erməni nazirlər cəbhədə

Abramyan və Ohanyan cəbhədə gedən döyüşləri müzakirə ediblər

Ermənistanın baş naziri Ovik Abramyan və müdafiə naziri Seyran Ohanyan Azərbaycan sərhədinə gəlib.

ANS-in məlumatına görə, Abramyan və Ohanyan gecə saatlarında Azərbaycan sərhədində yerləşən Tavuş rayonuna səfər edib.

Onlar bir sıra hərbi qulluqçularla görüşlər keçirib. Görüşlərdə son vaxtlar Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlər müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov da cəbhə bölgəsinə səfər edib. Hazırda nazirin Ağdam rayonunda olduğu bildirilir. Bundan öncə isə nazir Goranboyda olub. Bəzi hərbçiləri təltif edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol