Menu

ABŞ Suriyadakı diplomatlarının sayını iki dəfə artırıb

02.10.2018, 23:09
ABŞ Suriyadakı diplomatlarının sayını iki dəfə artırıb

ABŞ Suriyadakı diplomatlarının sayını iki dəfə artırıb. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Ceyms Mettis Parisdə fransalı həmkarı Florans Parli ilə keçirdiyi birgə mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, hərbi əməliyyatlar səngiyəndən sonra diplomatik səylər artırıla bilər.

Qeyd edək ki, həmin diplomatlar Suriyanın İŞİD-dən azad edilmiş, hazırda kürd və müxalif qrupların nəzarəti altındakı ərazilərdə xidmət keçirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol