Menu

Azərbaycan ərazisində zəlzələ olub

04.10.2018, 08:33
Azərbaycan ərazisində zəlzələ olub

Azərbaycan ərazisində zəlzələ baş verib.

“Report” Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar oktyabrın 3-də, Bakı vaxtı ilə 18:34-də, Şəmkir rayonundan 25 km şərqdə, Samux rayonunun Qarayeri kəndindən 8 km-də şimalda qeydə alınıb.

Yeraltı təkanlar yerin 10 km dərinliyində 3,4 maqnituda gücündə baş verib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol