Menu

«ABŞ S-300 sistemlərinin Suriyaya «tullanması»nı cavabsız qoymayacaq» - Pompeo

04.10.2018, 09:57
«ABŞ S-300 sistemlərinin Suriyaya «tullanması»nı cavabsız qoymayacaq»  - Pompeo

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeo Rusiyanın İl-20 təyyarəsinin Aralıq dənizi üzərində vurulmasından sonra, Rusiya tərəfindən S-300 raket komplekslərinin Suriyaya «tullanması» barədə informasiyanı şərh edib.

Dövlət katibi bu addımı ciddi gərginlik adlandırıb və detallara varmadan, bəyan edib ki, Vaşinqton bu addımı cavabsız qoymayacaq.

«Mən, necə cavab verəcəyimizi konkret şərh eiməyəcəm, amma mənim sonuncu şərhim doğrudur. S-300 sistemlərinin Suriyaya gətirilməsi ətraf rayonlarda yerləşən hamı üçün və Yaxın Şərqdə sabitlik üçün böyük risk təşkil edir. Biz, bunu çox ciddi gərginlik hesab edirik» - deyə, «Röyter» agentliyi Pompeodan sitat gətirir.

Bundan əvvəl, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Suriyaya S-300 komplekslərinin göndərilməsi prosesinin başa çatması barədə Rusiya təhlükəsizlik şurası qarşısında hesabat verib. Nazirin sözlərinə görə, göndərilənlərin tərkibinə 49 texnika vahidi, o cümlədən, işqlandırıcı lokatorlar, qeydə almanın əsas sistemləri, idarəetmə maşınları və 4 ədəd «atıcı qurğu» daxildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol