Menu

Balaxanıda 350 manata satılan oğurluq maşın tapıldı

04.10.2018, 14:28
Balaxanıda 350 manata satılan oğurluq maşın tapıldı

Sentyabrın 20-də Bakı şəhər sakini Qəşəm Mirzəyevin “VAZ-2101” markalı avtomobilinin Sabunçu rayonu ərazisindən qaçırılması barədə 12-ci Polis Şöbəsinə məlumat daxil olub.

DİN-dən Trend-ə verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsinin oktyabrın 3-də saat 13 radələrində Balaxanı qəsəbəsi ərazisində hərəkətdə olması DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən müəyyən edilib. Dərhal görülən tədbirlərlə avtomobil qəsəbə ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı sürücü, qəsəbə sakini Xəyal Behbutov həmin avtomobili cari il sentyabr ayının 29-da Novruz adlı şəxsdən 350 manata aldığını bildirib.

Araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol