Menu

Universitet müəllimi barədə polisə şikayət olundu - Külli miqdarda dələduzluq

04.10.2018, 15:02
Universitet müəllimi barədə polisə şikayət olundu - Külli miqdarda dələduzluq

Gəncə Texnologiya Universitetinin müəllimi Bakı şəhər sakininə qarşı dələduzluq edib.

Trend-in məlumatına görə, bu barədə Gəncə şəhər Baş Polis İdarəsinə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, H.Əliyev küçəsi, 4 ünvanda yaşayan Lətifova Vəsilə Qardaşxan qızı ərizə ilə müraciət edib. Bildirib ki, Universitetin Musa adlı müəllimi oğlu Lətifov Xəyal Vəli oğlunu adıçəkilən universitetə qəbul etdirmək üçün ondan 2011-ci ildə 25 min manat, qızı Lətifova Səyyarə Vəli qızını isə Gəncə Müəllimlər İnstitutuna qəbul etdirmək üçün 2012-ci ildə 13 min 500 manat alıb.

Lakin həmin şəxs onu aldadıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırmalara başlanıb.

Şərhlər

ayzek 2018-10-04 15:02:29

6-7 il niyə səsini çıxarmayıb? Eşşək palçığa bir dəfə batar!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol