Menu

Rusiyanın müvəqqəti işlər vəkili Niderland XİN-ə çağırılıb

04.10.2018, 16:20
Rusiyanın müvəqqəti işlər vəkili Niderland XİN-ə çağırılıb

Rusiyanın Niderlanddakı müvəqqəti işlər vəkili Niderlandın Xarici İşlər Nazirliyinə çağırılıb."Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, buna səbəb dörd Rusiya vətəndaşının Kimyəvi Silahların Qadağan Olunması Təşkilatına (OPCW) kiberhücum həyata keçirilməsində ittiham edilməsidir.

Qeyd edək ki, daha əvvəl Niderland hökuməti OPCW-yə qarşı Rusiya tərəfdən olan kiberhücumun qarşısının alındığını bəyan edib. Qeyd olunur ki, şübhəli şəxslər ölkədən göndəriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol