Tbilisi şəhər məhkəməsinin barələrində qiyabi olaraq həbs qərarı verdiyi Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili və iki sabiq nazir Zurab Adeişvili və David Kezeraşvilinin vəkilləri Apelyasiya Məhkəməsinə müraciət edib.
AzVision.az-ın məlumatına görə, bu barədə Gürcüstanın “Rustavi-2” telekanalı xəbər verir.
Tbilisi şəhər məhkəməsi ölkənin baş prokurorunun tələbi ilə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili və sabiq nazirləri - ədliyyə naziri Zurab Adeişvili, müdafiə naziri David Kezeraşvili barədə də qiyabi olaraq həbs qərar verib.
Qeyd edək ki, Gürcüstan prokurorluğu ölkənin sabiq Prezidenti Mixeil Saakaşvili barəsində cinayət işi qaldırıb.

Şərhlər