Yeqiazaryan: “Sarkisyan yetkin insanların əlinə silah verməyə qorxur”
Ermənistanın Qarabağda döyüşmüş “Arabo” dəstəsinin komandiri Manvel Yeqiazaryan jurnalistləri “ağlamalı” materiallar yazmamağa çağırıb.
ANS PRESS-in məlumatına görə, ölən əsgərlərin valideynlərinin acısını anladığını deyən Manvel Yeqiazaryanın fikrincə, ağlamalı materiallar əhalinin arasında çaxnaşma yaradır.
Erməni jurnalistlər Yeqiazaryan sual veriblər ki, niyə ön cəbhəyə muzdluları yox, 18 yaşlı uşaqları qoyurlar? Yegizaryan isə bildirib ki, Ermənistan rəhbərliyi yetkin insanların əlinə silah verməyə qorxur. Çünki onlar müstəqil insanlardır: “Buna görə də silahı 18 yaşlılara verəcəklər və onlar da həlak olacaq”.
Qeyd edək ki, Qarabağ müharibəsinin veteranları yaxın aylarda 2-ci Qarabağ müharibəsinin başlayacağından ehtiyat edir. “Müharibə mütləq olacaq. İndi olmasa da 2, 3, 5 aya olacaq. Əsgərləri buna hazırlamaq lazımdır”, Qarabağ müharibəsində “Arabo” dəstəsinin komandiri olmuş Manvel Yeqiazaryan bildirib.


Şərhlər