Menu

Mənsimovun bir tankerini əlindən alıb hərraca çıxardılar

05.10.2018, 12:22
Mənsimovun bir tankerini əlindən alıb hərraca çıxardılar

Azərbaycanlı oliqarx Mübariz Mənsimovun “Palmali” gəmiçilik şirkətinə məxsus tankerlərdən biri Estoniyada limana olan borcuna görə hərraca çıxarılıb.Virtualaz.org xəbər verir ki, “Masallı” adlı 13 min ton tutumu olan tanker bir neçə aydır borca görə təmir üçün yan aldığı Estoniya limanlarından birində saxlanılırdı. Gəmi heyəti aylardır maaş almırdı. Tankerin satılmasına dair hərrac oktyabrın 31-nə təyin edilib.

Xatırladaq ki, Mənsimovun donanması böyük borclar üzündən batır, “Palmali”nin bir neçə tankeri Rusiya sahillərində faktiki atılmış vəziyyətdədir və heyət üzvləri aylardır maaş almadıqlarına görə dəfələrlə aclıq aksiyaları keçiriblər. “Palmali Gemiçilik” A.Ş. şirkətinin Rusiyadakı törəmə şirkəti “Palmali” MMC barədə Rostovda müflisləşmə proseduru başladılıb.

Şərhlər

t.ədalət 2018-10-05 12:22:11

Bu şirkətin müflisləşməsi Rusiyanın Suriyadakı mövqeyinin laxlamasından sonra baş verdi.Regiona ABŞın nəzarəti yarandıqdan sonra ərazidəki neftin PKK kürdlərinin əli ilə dünya bazarlarına çıxardılmasına son qoyuldu. Beləliklə tankerlər gərəksiz dəmir parçalarına çevrildi..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol