Menu

Konqoda Ebola virusu - 100-dən çox ölü

05.10.2018, 16:52
Konqoda Ebola virusu - 100-dən çox ölü

Konqo Demokratik Respublikasında 160-dan çox Ebola virusuna yoluxma halı aşkar edilib.

Trend-in məlumatına görə, yoluxma 10 yaşayış məntəqəsində qeydə alınıb.

Qeyd olunur ki, Ebolaya yoluxan 162 nəfərdən 106-ı həyatını itirib.

Bundan başqa, 19 tibb işçisi də bu xəstəliyə yoluxub. Onlardan 3 nəfəri vəfat edib.

Bölgədə karantin işləri davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol