Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Si Cinpin və Coko Vidodoya məktub göndərib.
Bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.
İlham Əliyevin Çin Xalq Respublikası sədri Si Cinpinə göndərdiyi məktubda deyilir:
“Ölkənizin cənub-qərbində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Çin xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.
Prezident İlham Əliyevin İndoneziya respublikasının yeni seçilmiş Prezidenti Coko Vidodoya göndərdiyi təbrik məktubunda qeyd edilir:
“İndoneziya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İndoneziya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

Şərhlər