«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İnterpol prezidentinin «yoxa çıxması»nı araşdıran Fransa polisi onun ailəsini mühafizə altına alıb («The Daily Mail»).
Fransa daxili işlər nazirinin xəbər verdiyi kimi, Menin ailəsi Lion şəhərində nəzarət altındadır. İnterpolun mənzil-qərargahı da bu şəhərdə yerləşir. Mühafizə altına alınmanın səbəbi kimi, sosial şəbəkələrdə və telefonla Menin arvadının hədələnməsi göstərilir.
Məlum olduğu kimi, vətəni Çinə qayıdan Men sentyabrın 25-də «itib». O, 1972-ci ildən Çin hökumətində müxtəlif vəzifələr daşıyıb.
«The Daily Mail» nəşrinin özəl mənbəyi danışıb ki, Çin hakimiyyəti ilə fikir ayrılığına görə, İnterpolun başçısını mühafizə altına alıblar. Honkonqun «South China Morning Post» qəzeti isə xəbər verib ki, Çinə gələn kimi, Meni sorğu-sual üçün saxlayıblar.
Menin «itməsi» barədə onun arvadı bəyan edib. O, iddia edir ki, əri sentyabrın 29-dan əlaqəyə girmir.


Şərhlər