Menu

“Associated Press” Ağdama gedən tankların fotosunu yaydı

05.08.2014, 09:09
“Associated Press” Ağdama gedən tankların fotosunu yaydı

“Associated Press” agentliyinin xəbərində deyilir ki, Azərbaycan və Ermənistan tərəfi Dağlıq Qarabağ regionunda hərbi münaqişənin kəskinləşməsi nəticəsində itkilər verib. Rəsmən təsdiq olunmuş məlumatlara görə, ölənlərin sayı 18 nəfərdir. Onlardan 13 nəfəri Azərbaycan əsgəridir, 5 nəfər isə Dağlıq Qarabağın silahlı qüvvələrinin hərbçiləridir.

Agentliyin Azərbaycandakı və Ermənistandakı mənbələrə istinadən hazırladığı xəbərdə

bizlər üçün yeni ola biləcək elə bir şey yoxdur.

Bu fotolar avqustun 2-sində çəkilib. Azərbaycan tankları Ağdam istiqamətində hərəkət edir. Foto agentliyin əməkdaşı Abbas Atilaya məxsusdur.

Bu fotolar Qərbin bir sıra nüfuzlu nəşrləri tərəfindən istifadə olunub. /musavat.com

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol