“AzPolitika” Rusiya mətbuatına istinadla xəbər verir ki, Vladimir Putinin sözçüsü Dmitri Peskov qaydasız döyüş növü olan UFC turnirində yüngül çəkidə irlandiyalı Konor Makqreqora qalib gələn Həbib Nurməhəmmədov barədə suala cavab verib.
Prezidentin nümayəndəsi deyib ki, V.Putin sözügedən döyüşü ümumiyyətlə, canlı izləməyib: “Mənim bildiyimə görə o, gecə canlı yayımda döyüşə baxmayıb. Təkrar yayımda isə ən azından bəzi epizodlarla tanış olub. Təbii ki, o, Həbibə azarkeşlik edirdi. Hər halda, o, rusiyalıdır...”
Peskovun bu açıqlaması H.Nurməhəmmədovun irlandiyalı rəqibi ilə döyüşündəki qələbəsinə Rusiya rəhbərliyinin bir qədər soyuq münasibəti kimi dəyərləndirilə bilər.
Xatırladaq ki, bundan öncə, irlandiyalı idmançı özünün Putinlə çəkdirdiyi fotosunu paylaşmış və Rusiya prezidentinin Həbibə yox, ona azarkeşlik etdiyinə eyham vurmuşdu. Bununla yanaşı, o, dağıstanlı idmançının ailə üzvlərini və dinini təhqir etmişdi.


Şərhlər