Menu

"İş yerlərinin çox olmasına görə xaricdən ölkəyə işçilər dəvət edəcəyik" - YAP-çı deputat

08.10.2018, 20:35
"İş yerlərinin çox olmasına görə xaricdən ölkəyə işçilər dəvət edəcəyik" - YAP-çı deputat

"Azərbaycanda işsizlik problemi demək olar ki, qalmayıb. Ölkəmizdə işsizliyin səviyyəsi 5 faizdən aşağıdır".

Bu fikirləri “Ölkə.Az”a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Aydın Hüseynov bildirib.

A.Hüseynov deyib ki, Azərbaycanda iş yerlərinin sayı ildən-ilə daha da artır:

"Əgər kimsə hesab edirsə ki, Azərbaycanda iş yerlərinin sayı azalır, onlar səhv fikirləşirlər. Əksinə, Azərbaycanda iş yerləri daha da çoxalır. Yaxın gələcəkdə bu daha da çox olacaq. Hətta, yaxın gələcəkdə Azərbaycanda işçilərə ehtiyac yaranacağı üçün biz ölkəmizdə əmək bazarına xarici ölkələrdən insanları dəvət edəcəyik. Çünki Azərbaycanda iş yerlərinin sayı getdikcə daha da çoxalır. Azərbaycanda dünya əhəmiyyətli layihələr həyata keçirilir, böyük işlıər görülür. Hər bir layihənin arxasında böyük əmək tutumu var. Ona görə də bu qədər iri layihələrin həyata keçirilməsi həm də yüksək maaşlı iş yerlərinin yaradılması deməkdir".

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca istiqaməti Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılmasıdır:

"Sosial rifahın yaxşılaşdırılması isə həm də insanların işlə təmin olunması deməkdir. Azərbaycanda işsizlik probleminin tamamilə aradan qaldırılması cənab Prezidentimizin siyasətidir. Bu səbəbdən də hazırda Azərbaycanda işsizliyin səviyyəsi 5 faizdən aşağıdır. Yaxın gələcəkdə Azərbaycanda işsizlik problemi tamamilə aradan qaldırılacaq".

A.Hüseynov bildirib ki, indi Azərbaycan logistika mərkəzinə çevrilməkdədir:

"Ələt Azad Ticarət Zonasının tikintisi və Bakı-Tbilisi-Qars dəmiryolunun açılışı ilə əlaqədar olaraq yaxın gələcəkdə minlərlə yeni iş yerləri yaradılacaq. Bu gün dövlətin apardığı siyasət nəticəsində Azərbaycanda qeyri-neft sektoru, o cümlədən turizm və kənd təsərrüfatı sahələri sürətlə inkişaf edir, insanlar üçün yeni iş yerləri ayardılır. Artıq Azərbaycan bir çox xarici dövlətlərə kənd təsərrüfatı məhsulları ixrac edir, regionlarda sənaye mərkəzləri fəaliyyət göstərir. Bütün bu işlər ildən-ilə daha da böyüyür. Təbii ki, bütün bunlar yeni iş yerləridir və insanlarımız orada çalışaraq yüksək məvacib alırlar".

Şərhlər

ali Xalilov 2018-10-08 20:35:14

Bu reqemleri sehv salib 5% isleyir 95% işsizdir

o.b.n 2018-10-08 20:35:14

Vaxtıilə Qafqazın ən böyük sənaye ölkəsi olan Azərbaycan sənayesinı arxivə yola saldınız.Hanı Soyuducular,Kondisaner,Bakmil,Ştamb,Ulduz,Kmze ,Şifer,Azelektroterim,Şin,,Letnat şimit,Hacı Zeynaləddinin kom,Boruprakat və s-ir bunları məmurlar dədə malı kimi sökub satdılar,ustaları mühəndislərisə talkuçkalarda şəpit vəya rus bazarında pomidor satmağa vadar etdiniz.İndi ölkədə elektronşik,dəzga çilingəri, yox dərəcədədi,əlbətdə xırda bir dəzgah üçün UkR,TR-dən çağrılır.O işçilər harda işləyirki işsizlik 5% olub.

mahmud 2018-10-08 20:35:14

utanmasan oynamaqa ne var ki nece hesabladiniz olkede 5 faiz issizlik olmaqini illerle insanlar is tapa bilmir oturmusan isti yerde aqzina geleni danisirsan

miri 2018-10-08 20:35:14

:))))))

Türkoğlu 2018-10-08 20:35:14

Ha-ha-ha

Mahir Əliyev 2018-10-08 20:35:14

Bu deputatlar nədənsə Azərbaycan reallığını başa düşmürlər.

PENSİYAÇI 2018-10-08 20:35:14

BU ADAMIN ÖLKƏDN VƏ KÜÇƏLƏRDƏ ÇAYXANALARDA ZAMAN KEÇİRƏN GƏNCLƏRDƏN XƏBƏRİ YOXDUR.EYNİ ZAMANDA UNUDUR Kİ,ƏMƏK HAQQININ MİQDARI DA ONUNKİ,DEPUTATLARINKİ,POLİSLƏRİN KİMİ DEYİL.

Bashirov Qarib 2018-10-08 20:35:14

Yuksək ixtisaslı həkim və muəllimlərin orta əmək haqqı 200-250 man. olan ölkəyə xarici olkələrdən işçi quvvəsinin gəlməsi yalandır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol