Menu

Yaponiyada ağ pələng zoopark əməkdaşını parçalayıb

09.10.2018, 09:11
Yaponiyada ağ pələng zoopark əməkdaşını parçalayıb

Oktyabrın 8-də Yaponiyanın Kaqosima şəhərində yerləşən zooparkın əməkdaşı nadir ağ pələngin hücumu nəticəsində həyatını itirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Kyodo" nəşri yazıb.

Qırx yaşlı kişi boğazından dişlənmiş şəkildə heyvanlar üçün nəzərdə tutulmuş açıq havadakı sahədə aşkar edilib və dərhal xəstəxanaya yerləşdirilib. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.

Zooparkda faktla bağlı müvafiq yoxlamaya başlanılıb. Heyvanlara qulluq və onlarla davranış üsulları araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol