Menu

Müxaliflər bütün ağır texnikanı İdlibdən çıxardıb - «Anadolu»

09.10.2018, 09:15
Müxaliflər bütün ağır texnikanı İdlibdən çıxardıb  - «Anadolu»

«AzPolitika.info»-nun Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, Suriyanın müxalif qrupları ağır texnikanın İdlibdən çıxarılması prosesini başa çatdırıb.

«İdlib üzrə Rusiya-Türkiyə razılaşmasına uyğun olaraq, mötədil müxalifət dəstələri və Əsəd rejiminin əleyhdarları ağır texnikanın Suriyanın şimal-qərbindəki təhlükəsizlik zonasından çıxarılması prosesini başa çatdırıb» - deyə, «Anadolu» Tvitterdə xəbər verib.

İdlibdə təhlükəsizlik zonasının yaradılması barədə razılaşma Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında sentyabrdakı Soçi danışıqları zamanı əldə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol