Menu

Yaponiya Rusiya ilə hərbi əməkdaşlığa ümid edir - Qərargah rəisi

09.10.2018, 13:12
Yaponiya Rusiya ilə hərbi əməkdaşlığa ümid edir - Qərargah rəisi

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Yaponiya özünümüdafiə qüvvələrinin Birləşmiş qərargah rəisi, admiral Kaputosi Kavana bəyan edib ki, ölkəsi Rusiya ilə məhsuldar hərbi əməkdaşlıq etməyə ümidlidir.

«Mənim böyük ümidlrim var ki, biz, Yaponiya və Rusiya arasında müdafiə münasibətlərini irəli apara biləcəyik» - deyə, Kavano bazar ertəsi Moskvada Rusiya müdafiə naziri Sergey Şoyqu ilə apardığı danışıqlarda söyləyib.

Bu zaman, admiral qeyd edib ki, Rusiyanın «Şərq-2018» təlimlərinin gedişində Kuril adalarını hərəkətə gətirməmək barədəki qərarını Yaponiyada müsbət qiymətləndirirlər: «Biz, bunu yüksək qiymətləndiririk».

Onun sözlərinə görə, Yaponiya öz müşahidəçilərini və hərbi attaşelərini «Şərq-2018» təlimlərinə göndərməyib və hesab edir ki, Kuril adaları təlimlərin orbitinə düşməyəcək

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol